Nazirlərin Ankara görüşü: Səfər proqramı açıqlandı



 12:49 22.02.2021     391

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin sabah Ankarada keçiriləcək 5-ci üçtərəfli görüşünün proqramı açıqlanıb.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, xarici işlər naziri Ceyhun Bayramov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Türkmənistan XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Eyni zamanda, əməkdaşlığı daha da gücləndirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.