Avropa Şurasının Bakı Ofisinin rəhbəri Azərbaycana təşəkkür etdi



 10:54 07.12.2022     340

"Azərbaycan insan hüquqları da daxil olmaqla 65 Konvensiyaya qoşulub və buna görə Azərbaycan tərəfinə təşəkkür edirəm".

Demedia.az-ın xəbərinə görə, bunu Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Petr Zix “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.

O, Avropa Şurasının ölkələrə sənədlərin tətbiqində kömək etməyə çalışdığını bildirib.

Bu ilin sentyabr ayından etibarən Avropa Şurasının Bakı Ofisinin rəhbəri vəzifəsində çalışdığını xatırladan P.Zix gələcək əməkdaşlığın faydalı olacağına ümid etdiyini vurğulayıb.