“Azəriqaz” Siyəzəndə sahibkarlarla növbəti görüş keçirəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Siyəzən rayonunda keçiriləcək.
Demedia.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Siyəzəndə təşkil olunacaq “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüş İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçiriləcək.
Aksiya Siyəzən şəhəri, Heydər Əliyev prospekti, Mərkəzi Kitabxananın qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 15-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.