Laçın yolundan sülhməramlıların 31 maşını keçib
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
Demeida.az xəbər verir ki, dekabrın 29-da Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 31 təminat-təchizat, minik və təcili tibbi yardım avtomobili maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.