Afaq Bəşirqızı səhhətindən danışdı: Elgiz yalan deyib?



 11:11 04.03.2021     810

Xalq artisti Afaq Bəşirqızı səhhətində problem yaranması barədə yayılan məlumatlara münasibət bildirib.

Nexeber.az xəbər verir ki, bununla bağlı Kult.az-a açıqlama verən xalq artisti bildirib ki, səhhəti yaxşıdır və Elgiz verilişi “qatmaq” üçün bu cür məlumat yayıb:

“Hər şey yaxşıdır. Heç bir problem yoxdur. Elgizdir də, verilişi “qatmaq” üçün bir şey lazım idi, o da deyib”.

Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış aparıcı Elgiz öz verilişində xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranması barədə açıqlama vermişdi.