Erməni müğənni Türkiyədə dağıntılar altında qalıb
Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Diyarbəkirdə yaşayan erməni müğənni Zilan Dəclə və onun əri də dağıntılar altında qalıb.
Demedia.az erməni mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirdə yaşayan erməni incəsənət xadimlərindən biri Udi Yervand məlumat paylaşıb.
Onun sözlərinə görə, Zilan Dəclə və onun əri Çağdaş Çankaya hələ də dağıntılar altından çıxarılmayıb.