Moldovanın “Eurovision” təmsilçisi Fərid Məmmədovdan oxudu - VİDEO
"Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Nataliya Qordiyenko Moldova adına yarışacaq mahnısının təqdimat mərasimində Fərid Məmmədovun repertuarına müraciət edib.
Nexeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Sugar" adlı mahnı və klipinin premyerasında Azərbaycana 2013-cü ildə ikincilik gətirən "Hold me" mahnısını səsləndirib.
Qeyd edək ki, layihənin tanıtım gecəsi Moskvada baş tutub. Nataliya müsabiqə dövründə Rusiyanın Xalq artisti Filipp Kirkorovun "Dream Team" şirkəti ilə əməkdaşlıq edir.