İbrahim Tatlısəs evini zəlzələ qurbanlarına verdi
Qızı Dilan Çıtak Tatlısəsdən sonra məşhur sənətçi İbrahim Tatlısəs də evlərini zəlzələ qurbanlarına verib.
Demedia.az xəbər verir ki, o, "Evim sənin evin" kampaniyasına qoşularaq Bodrumda 5 mənzilini zəlzələdən zərərçəkən insanların ixtiyarına verib.
Bu barədə sosial media hesabından paylaşım edən Tatlısəs, " "Evim sənin evin" kampaniyasına qatıldım. İndi yaraları sağaltmaq vaxtıdır. Bodrumda 5 mənzilimi zəlzələ qurbanlarına açdım. İmkanınız varsa, siz də açın" , - deyib.