Məşhur aktrisa tədbirdəki obrazı ilə hər kəsi heyran qoydu - VİDEO



 14:54 10.03.2021     807

Bir gün əvvəl baş tutan “Critics ’Choice Awards” mərasiminin əsas ulduzu Anya Teylor-Coy tədbirdəki obrazı ilə hər kəsi heyran qoyub.

Bu barədə “Vogue” xəbər yayıb.

“The Queen's Gambit” serialının baş rol oyunçusu bu tədbir üçün obrazını “Qızıl Qlobus”da olduğu kimi “Christian Dior”dan seçib. 

“Anya, sistemə meydan oxumaqdan çəkinməyən yeni nəsil istedadlı aktrisaların gücünü və kövrəkliyini ifadə edir. Bu geyim mənim üçün yaradıcılıq azadlığının, ənənəvi sənətkarlığın və moda qaydalarının birgəliyini ifadə edir”, - deyə Diorun kreativ direktoru Mariya Qrasiya Küri bildirib.

İstifadəçilər də onun bu geyimini yüksək qiymətləndiriblər. Pərəstişkarlardan bəziləri “The Queen's Gambit”da baş rol ifaçısını Rapunzellə müqayisə edib, digərləri isə onu Hollivudun qızıl dövrünün ulduzlarına bənzədib.