Brilliant bayağı mahnılar ifa edən müğənnilərlə bağlı: "Bir parça çörək pulu..."



 11:27 08.04.2023     592

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqlması həm cəmiyyət həm də şou əhli arasında birmənalı qarşılanmayıb.

Sözügedən qurumun keçirdiyi iclasda Xalq artisti Brilliant Dadaşova çıxış edib.

Sənətçi bildirib ki, radio və televiziyalarda mahnılar düzgün şəkildə təbliğ olunmalıdır:

“Xalqın nümayəndələri, oxumaq arzusunda olan gənclərimiz bir parça çörək pulu qazanmaq istəyirlər. Onlara mane olmaq olmaz. Amma televiziyalarımız bu mahnılara qayda-qanun qoysalar, bütün məşhur olmaq istəyənlər, "YouTube"da nə qədər baxış sayları olsa da, onlar yenə də televiziyanın qoyduğu qayda-qanuna uyğun gəlmək istəyəcəklər.

Çünki xalq televiziyanı çox ciddi qəbul edir. Biz nə qədər desək ki, televiziya verilişlərinə baxmırıq, amma xalq televiziyanı norma kimi qəbul edir. Musiqi redaktorları isə savadlı, ədəbiyyatımızı və musiqimizi bilən insanlar olmalıdır. Radio və televiziyalarda mahnılar düzgün təbliğ olunmalıdır”.//Bizim.media