Arif Quliyev ölən oğlu haqqında: “Elə bilirdim atamdır” - VİDEO
Mərhum Xalq artisti Arif Quliyev ölümündən bir müddət öncə ARB TV-nin "Onun Sirri" verilişində qonaq olub.
Aktyor gənc yaşında həyatını itirən oğlundan danışarkən övlad itkisinin ağır olduğunu deyib:
"Yaxşı ata olmuşam. 3 övladım var. Oğlum olanda sevindim. Onlardan birini müəyyən səbəblərdən itirdik. Övlad itkisi böyükdür. Onlara çox qiymət verirəm ona görə ki, mənim özümün də atam olmayıb. Elə bilirdim o mənim atamdır. Onu özümə arxa bilirdim. Övladları ayırmaq olmaz. Onlar bir ağacın meyvəsidir. Valideyn üçün hamısı eynidir".