Qızı Xalq artistinin son vəziyyətini açıqladı - "Reanimasiyadadır"



 10:59 14.04.2023     378

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Demedia.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.

"Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır", - sənətçinin qızı əlavə edib.