Müğənnilər Rövşanəni topa tutdu: “ Etikası yoxdur“



 13:10 18.04.2023     491

Müğənnilər Nura Suri və Ayan Babakişiyeva son günlər qonaqları ilə verilişində qalmaqal yaşayan aparıcı Rövşanə Ağasəfqızını tənqid edib.

Demedia.az Olay-a istinadla xəbər verir ki, bu barədə onlar bloger Nagehan Abdullayevanın aparıcı ilə efirdəki mübahisəsinə fikir bildirərkən yazıb:

“Gözəlim, sən niyə onun verilişinə getmisən axı? Onun hamı ilə problemi var. İnsanları sevmir, bilmirəm niyə belə edir... Bəlkə də uşaqlıq travması var. Sənin ailənə necə bağlı olduğunu, uşaqlarına, həyat yoldaşına necə baxdığını hamı bilir. Mən səni sevə-sevə izləyirəm. Anama da deyirəm ki, adamın Nagehan kimi gəlini ola! Yıxılan evin dirəyisən! Səni çox sevirəm. Çox yaxşı insansan və mərdsən! Bil ki, bunu hamı görür və bilir”, - deyə Nura Suri bildirib.

Ayan Babakişiyeva isə Rövşanə haqda bunları yazıb:

“Sualın məğzi olmalıdır ki, qonaq da ona uyğun cavab versin. Bu jurnalist özü sual verib, özü də cavablandırır. Nə dinləmə etikası, nə də düzgün yanaşması yoxdur. Nagehan da elə düzgün cavab verib ki, sualı birinci özün anla, daha sonra təqdim et. Əla! Doğurdan da yaxşı etmisən”.