Türkiyədə DƏHŞƏTLİ YANĞIN - İbrahim Tatlısesin də evi yandı - FOTO/VİDEO



 09:45 28.04.2023     462

Türkiyənin İzmir şəhərində məşhur və lüks binalardan ibarət 4 bloklu tikilidə yanğın olub.  

Demedia.az xəbər verir ki, sözügedən bina Narlıdere ərazisində yerləşən Folkart yaşayış kompleksidir. 

Yaşayış binası tez bir zamanda alovlanıb. Vətəndaşlar canlarını qurtarmaq üçün eyvanlardan özlərini atmağa çalışıblar.

Hadisə yerinə çox sayda polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları çağırılıb. Hadisə şahidləri yanğın zamanı xeyli partlayış səsləri eşitdiklərini bildiriblər. 8 mərtəbə binanın hələlik hansı səbəbdən yandığı məlum deyil.

Yanğınsöndürənlər uzun müddət alovu ram edə bilməyiblər. Tikilidə 30-35 mənzilin olduğu qeyd edilib. Ümumilikdə neçə nəfərin yaşadığı isə hələ ki bəlli deyil. Uzun müddətdən sonra alov söndürülüb. 

Yaşanmış bədbəxt hadisənin ardından Türkiyə səhiyyə naziri Fahrettin Koca açıqlama verib. 

"7 vətəndaşımız alovlardan təsirlənib. 6 sakin şiddətli tüstü dumanına məruz qalıb. Onlara lazım olan təcili tibbi yardım göstərilib. Hazırda hamısının vəziyyəti yaxşıdır", - nazir bildirib. 

Yanan binada türk sənət musiqisinin imperatoru İbrahim Tatlısesin də evi yanıb. Sənətçinin yaşadığı mənzil yanğından ziyan görüb. Əvvəlcə onun  evdə olduğu güman edilib. Daha sonra İbrahim bu barədə instaqramda paylaşım edib:

"Təyyarəyə bilet olmadığı üçün gedə bilmədim. Ümid edirəm can itkisi olmaz. Cana gələn, mala gəlsin".


BAKU.WS