Emin Ağalarov vəzifəsindən getdi



 10:56 30.05.2023     392

Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrılıb.

Demedia.az xəbər verir ki, o bu barədə “RİA Novosti”yə danışıb.

İş adamı fikrini öz layihələrinə yönəltmək niyyətindədir: “Biz atamla məsləhətləşdik və birlikdə qərar qəbul etdik ki, mənim səlahiyyətlərim kompaniyanın aparıcı top-menecerləri arasında bölünəcək”. O bildirib ki, 22 il şirkətdə çalışıb, lakin indi bir çox başqa layihələri var.

Qeyd edək ki, E. Ağalarov 2001-ci ildən “Crocus Group”da çalışıb, 2014-cü ildən birinci vitse-prezident vəzifəsini tuturdu.