Murad Dadaşov Xəzər TV-dən ayrılıb? - Açıqlama
Murad Dadaşov işinin başındadır. Bu xəbər əsassızdır.
Nexeber.az xəbər verir ki, bu barədə Xəzər TV-dən Azxeber.com-a verilən açıqlamada deyilib.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Murad Dadaşovun Xəzər TV-dən ayrılması barədə xəbər yayılmışdı. Hətta onun öz ərizəsilə işdən kənarlaşdığı iddia edilirdi.