"Yazıblar ki, "kobra" Kübra qadını zəhərlədi" - VİDEO
"Verilişə qadın gəlmişdi, 62 yaşında uşaq övladlığa götürmək istəyirdi. Ona etiraz etdim. Sosial şəbəkədə yazıblar ki, "Kobra qadını zəhərlədi".
Nexeber.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Bizimləsən" proqramında deyib. Aktrisa sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib:
"Universitet vaxtı mənə "kobra" deyirdilər. Od parçası idim. Qadını zəhərləmədim. 62 yaşında qadın uşağa baxa bilməz. Bacımın 62 yaşı var, 5 yaşlı nəvəsinin yanına gedir. Beş dəqiqədən sonra evinə qaçır ki, başım səs götürmür".