"Buratino"nun "Malvina"sı vəfat etdi
Rusiyalı aktrisa, məşhur "Buratinonun macəraları" nağıl-filmində Malvina rolunu oynamış Tatyana Proçenko vəfat edib.
Nexeber.az xəbər verir ki, bununla bağlı telqram kanalda onun əri Aleksey Voytuk məlumat verib. Onkoloji xəstə olan aktrisa üç il idi ki, müalicə alırdı. 53 yaşlı aktrisa həm də jurnalist kimi çalışıb.