"Kişilər çətinliyə dözə bilmirlər" - Mətanət İsgəndərli
"Məclisdə ancaq xanımlar olanda evdən bir sevinə-sevinə gedirəm. Orada özümü xoşbəxt hiss edirəm. İndi kişilər inciyəcək, küsəcəklər".
Demedia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günün sədası" verilişində qonaq olarkən deyib.
"Ceyran xanımın (red. - uzun illərdir efirdən uzaqlaşan aparıcı Ceyran Rəhimova) atası rəhmətə gedəndə getmişdik. Oturmuşuq, hamı da ağlayır. Anası dedi ki, kişilərinizin qədrini bilin. Onlar çox incə, zərif məxluqdurlar. O söz mənim indiyə kimi qulağımdadır.
Bəlkə də qadın ana olduğuna görədir, amma həqiqətən də hər şeyə qatlaşır. Kişilər isə elə deyil, onlar çətinliyə dözə bilmirlər. Düzdür, Allah onları güclü yaradıb. Amma elə ən çox kişilər infarkt keçirir, ürəklərinə salırlar. Onları qorumaq lazımdır" deyə, M.İsgəndərli vurğulayıb.