Tarkan Özbəkistandan gələn milyonluq təklifi rədd etdi
Türkiyənin tanınmış pop ulduzu Tarkan sosial media hesablarında tez-tez səhnə üçün darxdığını dilə gətirir.
“Haber Global”ın məlumatına görə, pandemiyanın başlanmasından bu yana ailəsi ilə birlikdə Almaniyada yaşayan meqastar bir çox təklifləri də rədd edir.
Son olaraq ifaçıya Özbəkistanda təşkil olunacaq özəl bir tədbirdə çıxış etmək təklif olunub. Tarkana bu çıxışına görə 1 milyon 250 min TL (təxminən 250 min azn) veriləcəyi bildirilib. Lakin ulduz müğənni bu dəfə də səhnəyə çıxmağa razı olmayıb.