Serdar Ortaçdan Xatirə İslamla bağlı paylaşım - FOTO
Türkiyənin sevilən müğənnisi Serdar Ortaç sosial şəbəkədə atdığı addımla gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi canlı yayım açaraq müğənni Xatriə İslamla İlkin Həsənin "Mənim adım ürək" mahnısını dinləyərək arabir zümzümə edib.
Sözügedən görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.
Qeyd edək ki, Serdar Ortaç uzun müddətdir depressiyadadır, yalnız evdə qalır, işlərindən uzaqlaşıb.