"Biədəb söz var idi, soruşuram, o sənsənmi, mənəmmi, ay xalq artisti?"
Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasındakı qalmaqal yenidən alovlanıb.
A.Fərmanqızı "Birə bir" proqramında mövzu haqda danışıb.
"Sherg.az" xəbər verir ki, verilişin fraqmentini sənətçi öz profilində yerləşdirib. O bunları söyləyib:
"Mən bir dəfə rəsmi nikahla evlənmişəm. O özü deyib ki, iki dəfə rəsmi, bir dəfə isə qeyri-qanuni ərdə olub. Onun mənə ünvanladığı biədəb söz var idi. İndi soruşuram, o sənsənmi, mənəmmi, ay xalq artisti?"
A.Fərmanqızı həmçinin F.Kərimovaya bir mesaj da göndərib:
"Buradan səni öpürəm".