Həmidə Ömərovaya vəzifə verildi



 19:31 24.05.2021     528

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, xalq artisti Həmidə Ömərova AKİ-nin katibi seçilib.

AKİ-dən Kult.az-a bildirilib ki, ittifaqın belə bir addım atmasının əsas səbəbi kinoaktyorların rastlaşdığı problemlərlə daha yaxından tanışlıq və problemlərin həlli üçün təşəbbüslər göstərmək üçündür.

"Kinoaktyorların işsizlik və qonorarların aşağı olması, əmək hüquqlarının pozulması belə problemlərdəndir. Bu problemlərin həlli istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüslərindən biri “Tədris Kinoaktyor Teatr”ının yaranmasıdır. İttifaq bu işi Həmidə xanımın sədr olduğu Kinoaktyorlar Gildiyası ilə birlikdə reallaşdırmaq niyyətindədir", - məlumatda bildirilib.

Qeyd olunub ki, “Tədris Kinoaktyor Teatr” layihəsinin əsas məqsədi aktyorların peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, eyni zamanda yeni nəsil aktyorların işsizlik problemlərini aradan qaldırmaqdan ibarət olacaq.