Rusiyanın Krımdakı aviabazasına PUA-larla zərbə endirildi



 18:44 22.07.2023     365

Ukrayna ordusu Moskvanın ilhaq etdiyi Krım yarımadasının Krasnoqvardeysk rayonunun Oktyabrsk qəsəbəsində yerləşən Rusiya aviabazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Demedia.az xəbər verir ki, bunu Krım separatçılarının rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, Ukrayna PUA-ları neft bazasına, aerodroma və silah-sursat anbarına zərbələr endirib. Nəticədə yanğın və partlayış olub.

Dəmir yolu stansiyası yaxınlığında da yanğın baş verib.

Hadisə yerindən 5 km radiusdakı yaşayış məntəqəsinin sakinləri təxliyə edilib. Bundan başqa, Krımda dəmiryolunda hərəkət dayandırılıb.

Qeyd edək ki, Krasnoqvardeysk rayonunda keçmiş SSRİ-dən qalma Qara dəniz Donanmasının aviabazası yerləşir.