Xalq artistinin səhhəti pisləşdi



 16:00 28.07.2023     401

Hamı bilir ki, Alla Puqaçova hər il bir neçə ay Yurmalada olur. Ürək problemlərinə görə istiyə dözməyən müğənni ilin ən isti ayı üçün hava və dənizin temperaturunun xeyli aşağı olduğu sərin Latviya iqlimini seçir. Amma bu yay Primadonnanın gəlişi xüsusilə gözlənilən idi. Belə ki, onun ən yaxın dostu Layma Vaykulinin sözlərinə görə, Alla Latviyada keçirilən “Rendevu” musiqi festivalının fəxri qonağı olacaqdı.

Demedia.az Rusiya mediasına istinadən xəbər verir ki, bütün elanlara baxmayaraq, Xalq artisti iyulun 26-da baş tutan festivalın açılış mərasimində iştirak edə bilməyib.

Yurmalaya gələndən bəri Xalq artisti heç vaxt ictimaiyyət qarşısına çıxmadğı üçün pərəstişkarları bunu ulduzun narahatlıq səbəbi kimi qəbul edib, Rusiya mediasının yazdığına görə, qızmar İsraildən Latviyaya uçuşu zamanı Allanın səhhəti pisləşib. İndi müğənni yataqdan qalxa bilmir və özünü inanılmaz dərəcədə zəif hiss edir. Həyat yoldaşı Maksim Qalkin isə ulduzun qayğısına qalır.

Bundan əlavə, Kristina Orbakaytenin gözlənilmədən Avropa tətilini yarımçıq qoyaraq anası ilə görüşmək üçün təcili olaraq Yurmalaya uçması da gəzən söz-söhbətləri bir daha təsdiqləyib. Əri Mixail Zemçov və qızı Klaudiya da onunla birlikdə Yurmalaya gəliblər. Ulduz əvvəlcə divanı ziyarət edib, sonra atası Mikolas Orbakasla görüşüb. O, ailəsinə uşaqlığının keçdiyi yerləri göstərib.

Gəzən xəbərlərə baxmayaraq, Alla Borisovna vəziyyətlə bağlı heç bir şərh verməyib.