Zümrüd Bədəlovanın 39 yaşı tamam oldu AD GÜNÜNDƏ YAŞANANLAR - VİDEO



 11:39 10.08.2023     522

Aparıcı Zümrüd Bədəlovanın 39 yaşı tamam olub.

Demedia.az xəbər verir ki, aparıcı paytaxtın dəbdəbəli məkanlarından birində özünə təmtəraqlı ad günü edib.

Tanınmış müğənnilər və məşhur aparıcılar Zümrüdü bu özəl günündə tək qoymayıblar. Onlar çıxışları, ifaları və hədiyyələri ilə aparıcının ad gününə rəng qatıblar. Özəl günüdə Zümrüd geyimi ilə kəpənək obrazı yaratmağa çalışıb.

O ağ rəngli qısa ibasını kəpənək formalı sırğa ilə tamamlayıb. Gecənin diqqət çəkən məqamlarından biri müğənni Elvin Babazadənin Zümrüdə gətirdiyi böyük hədiyyə olub.

Qara rəngli qutunun içərisində müxtəlif çeşiddə şokoladlar olub. Hədiyyəni görən Zümrüd “Mənim də 20 yaşıma ancaq belə hədiyyə yaraşardı” sözlərini söyləyib.

Məclisin sonunda aparıcı üçün özəl olaraq qırmızı güllərlə hazılanan ad günü tortu kəsilib.