Damlanın klipini “başına vurdular” - VİDEO
Müğənni Damla “Demə deyim” adlı yeni klipini təqdim edib.
Publika.az xəbər verir ki, ifaçının təqdim etdiyi klipi tənqidlə qarşılanıb.
Kadrları sosial şəbəkə hesabında paylaşan Damlanın geyimi, mahnının sözləri bəyənilməyib.
Görüntülərə "Oxuyur ki, "yaşayıram ölə-ölə", amma özü oturub hovuz başında, kloun kimi geyinib. Prodüserini, stilistini və rejissorunu dəyiş!", "Elza Seyidcahanın sadəcə adı çıxıb", "Stilin kimə məxsusdur, bu nədir?", "Bu nə geyimdir, sonra da deyirsən camaat məni lağa qoyur", "Kimi sevirsənsə, ona and verirəm, bu antikvar geyimləri haradan tapırsansa, unut" - kimi çoxsaylı şərhlər yazılıb.
Qeyd edək ki, mahnının musiqisi Afşin Azəri, sözləri isə Cəzahirə aiddir.