Meyxanaçı Balaəli Rəşad Dağlının uşaqlarını görün hara apardı - Video
Meyxanaçı Balaəli Maştağalı həbsdə olan həmkarı Rəşad Dağlının oğlu Yusifi və qızı Bətülü xaricə səfərə aparıb.
Demedia.az xəbər verir ki, bu barədə Yusif paylaşım edib.
Belə ki, meyxanaçı öz övladı ilə bərabər həmkarının uşaqlarını da Gürcüstana aparıb.
Gürcüstanda əyləndikləri görüntüləri sosial şəbəkə hesabında paylaşan Yusif " Balaləli əmiyə və ailəsinə təşəkkürlər" -, deyə şərh yazıb.
Qeyd edək ki, tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) bir müddət əvvəl hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Həmin görüntüləri təqdim edirik: