"Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir"



 18:46 21.01.2021     158

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın "Heç bir qız kasıb oğlana ərə getmək istəməz" sözlərinə münasibət bildirib.

Nexeber.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Birəbir" verilişində danışıb.

"Reallığı qəbul edək: gənc qızlar istəyir ki, ərə gedəcəkləri oğlanın maşını, evi, pulu olsun. Ən azından bunu harasa aparsın. Əlində yeni iPhon gəzdirsin. Bunlardan qaçmayaq. Düzdür, kasıbçılıq nakişilik deyil. Eləsi var kasıbdır, amma sözü, əməli var. Kişi daşdan da pul çıxardar" deyə, Nadir bildirib.