Qəzada ölən nişanlısı ilə gündəmə gəlmişdi, evləndi - FOTOLAR



 16:30 05.06.2021     476

Təyyarə qəzasında dostları ilə birlikdə həyatını itirən Mina Başaranın keçmiş nişanlısı Murat Gezer 2.5 ildən sonra evlənib.

Nexeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün Türkiyənin məşhur kolleksionerləri Hakan-Banu Çarmıklının qızı Nazlı Çarmıklı ilə nikah bağlayıb. Məclis ailənin İstanbuldakı villasında baş tutub.

Qeyd edək ki, 11 mart 2018-ci il tarixində kapitan pilot Beril Gebeş və ikinci pilot Melike Gücün kabinəsində olduğu "Başaran Holdinq"ə məxsus TC-TRB qeydiyyatlı "Bombardier Challenger 604" tipli təyyarə İstanbula gəlmək üçün BƏƏ-dən uçuşa keçib.

İranda baş verən qəzada iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və 7 rəfiqəsi də daxil olmaqla 11 nəfər həyatını itirib.

Məqaləyə dair fotomateriallar: