Müğənni işlə təmin olunmaq istəyirəm dedi - FOTO



 20:37 09.11.2023     335

"Şuşa sərin bir şəhərdir. Yayda belə insanlar orada gödəkçə ilə gəzir. Şuşaya gedib, orada qalanda pəncərəni açıq qoyub, yatdım.

O havanı udmaq üçün gecədən səhərə kimi pəncərəni bağlamadım. Səhər yuxudan ayıldım, eyvana çıxdım, sevincimdən qışqırdım".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbərin var?" verilişində qonaq olarkən deyib. İfaçı ailəsi ilə birgə Şuşaya köçüb orada yaşamaq və işlə təmin olunmaq istədiklərini bildirib:

"Şuşaya gedəndə yolda halbahal oldum, təzyiqim gah qalxdı, gah da endi. Çox ağırlaşdım. Şuşaya böyük heyətlə getmişdik. Həyat yoldaşım söylədi ki, çalış yat. Çünki yuxuya getsən, rahat olacaq. Dağlardan keçirdik, baxıb deyirdim ki, şəhidlərimiz bu dağlara necə qalxıblar? Onlar Şuşanı bizə necə qaytarıblar? Yuxarıda erməni, aşağıda isə əsgərlərimiz. Onlar yuxarıya necə qalxıblar? Həm bu, həm uşaqlıq, həm də Şuşanı tərk etdiyimiz hisslər o anda bir-birinə qarışmışdı. Dəli halına gələcək vəziyyətdəydim.

Şuşaya köçüb, orada yaşamaq istəyirəm. Bu haqda çox düşünürəm. Ailəli olsam da, o torpağa geri qayıtmaq istəyirəm. Mən də, həyat yoldaşım da Şuşada işlə təmin olunmağımızı istəyirik. Biz orada həm yaşamağa, həm də işləməyə hər an hazırıq. Orada məktəb tikilib. Dörd övladımın da Şuşada yaşamasını istəyirəm. Həyat yoldaşım da işindən ayrılar, Şuşada işləyər. Artıq ona bunu demişəm".

1