Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - VİDEO



 18:31 14.12.2023     456

Meyxanaçı Rəşad Dağlının qonşusunu öldürmək üçün mağazadan bıçaq aldığı anın görüntüləri yayılıb.

Demedia.az Lent.az-a istinadən xəbər verir ki, kamera görüntüləri istintaq materiallarına daxil edilib.

Videodan görünür ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə saat 04 radələrində mağazaya daxil olur. Vitrindəki bıçağı seçən meyxanaçı pulunu ödəyərək oranı tərk edir.

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.