"Şəbnəm Tapdıq 6 ildir məndən əl çəkmir"



 22:30 14.12.2023     339

Xəbər verdiyimiz kimi, Əməkdar artist Şəbnəm Tapdıq müğənni Şəbnəm Tovuzlunu məhkəməyə verib.

Demedia.az xəbər verir ki, axşam.az-a açıqlama verən Şəbnəm bildirib ki, Ş.Tapdıq onunla bağlı yalan iddia irəli sürüb:

"Şəbnəm deyir ki, guya məni məhkəməyə adımı dəyişmək üçün verməyib. Guya, mən onunla bağlı yalandan demişəm ki, anamla rəfiqə olublar. Mən anamı heç görməmişəm. Anam sağ olanda yaş yarım idim. Ondan sonra yanımda olmayıb. Necə elə söz deyə bilərəm? 6 ildir Şəbnəm Tapdıq məndən əl çəkmir, onu yola verirəm, mülayim davranıram. Evə məhkəmə kağızının gəlməsi heç yaxşı olmadı.

Vəkilim məhkəməyə gedəcək, görək nə olur".

Qeyd edək ki, Şəbnəm Tapdıq məhkəməyə müraciət edərək Şəbnəmin adını dəyişməsini tələb edir.