Xoşqədəm itini satan şəxsə səsləndi: “Səni tapacam!” – VİDEO
Xoşqədəm Hidayətqızı itən 2 itindən birini satan şəxsə səslənib.
Demedia.az xəbər verir ki, teleaparıcı bu barədə aparıcısı olduğu “Səni axtarıram” verilişində danışıb:
“Tokio" bir nəfərin əlinə keçib və onu 50 manata satıb. Alan şəxs isə oğlum Arının gözyaşlarını görüb, iti bizə qaytardı. Heç pul da almadı. İtimi oğurlayıb satan o yaşlı kişiyə deyirəm ki, səni tapacam. Sən mənim itimi, lap mənim olmasın, başqasının itini satmısan. Səni tapacam!”
Xatıladaq ki, Xoşqədəmin "Tokio" və "Nana" ləqəbli itlərinin Mərdəkan-Şüvəlan-Şağan istiqamətində itdiyi ehtimal edilirdi. Aparıcı itləri tapan şəxslərə mükafat veriləcəyini də bildirmişdi. Daha sonra teleaparıcı hər iki itinə qovuşub.