"Toyunuz Bakıda olsa, gələcəm"



 14:20 13.01.2024     676

Türk müğənni Serdar Ortaç tiktoker Nia Kurbanova və sevgilisi Furkan Ağluca söz verib.

Demedia.az xəbər verir ki, bu barədə o, TikTok-da canlı yayım zamanı danışıb. "Toyunuz Bakıda olsa, gələcəm. Söz verirəm", - deyə, vurğulayıb.

Cütlük isə qız toyunun Gürcüstanda baş tutacağını bildirib.

Qeyd edək ki, ötən günlərdə Furkan Niaya evlilik təklifi edib, Kurbanova isə "hə" deyib.