Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib



 20:47 24.06.2021     495

Müğənni Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib.

Nexeber.az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin bədənində kista əmələ gəlib. Əməliyyat olunaraq bədənindəki şiş çıxarılan ifaçı hazırda özünü yaxşı hiss edir.

Daha sonra çıxarılan şiş əkildikdən sonra təmiz çıxıb. Xərçəng olduğunu düşünən Bülənt analizləri təmiz çıxandan sonra sevincini yaxınları ilə bölüşüb.