Tanınmış aparıcı Space-dən getdi
Daha bir peşəkar jurnalist Space TV-ni tərk edib.
Uzun müddətdən bəri sözügedən televiziya kanalında aparıcılıq edən Şəbnəm Həsənova bu gün Space ilə yollarını ayırıb.
Demedia.az xəbər verir ki, bu barədə aparıcı özünün sosial şəbəkə hesabında açıqlama verib. O, iş təkliflərinə açıq olduğuni bildirib.