Yeni evlilərdən “Sevgililər Günü” paylaşımı: Alim Qasımovun nəvəsi xaricə yollandı



 11:55 15.02.2022     277

Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə ailə həyatı quran Ümid Şirinov sosial şəbəkədə yeni paylaşım edib.

Nəxəbər.az xəbər verir ki, Xalq artistinin yeni ailə quran oğlu həyat yoldaşı Fatimə ilə fotolarını paylaşıb. 

Cütlük təyyarədə çəkilən şəkilinə “Sevgililər Günü”nün tarixini yazaraq xaricə yollandıqlarını bildiriblər. Onlar xüsusi günü xarici ölkələrdən birində qeyd edəcəklər. Ümid Fatimə ilə olan fotosuna “Biz getdik” qısa şərhini də əlavə edib. 

Qeyd edək ki, Ümid Şirinov Xalq artisti Natiq Şirinovun oğludur.