Arif Quliyevin xanımı iflic olub, gəzə bilmir
Əməkdar artist Kubra Əliyeva mərhum Xalq artisti Arif Quliyevin xanımının səhhətindən danışıb.
Demedia.az axşam.az-a istinadla xəbər verir ki, aktrisa "Elgizlə izlə" proqramına telefonla zəng edərək onun vəziyyətinin ağır olduğunu deyib:
"Gülzar çoxdan xəstədir. O, Arif Quliyevdən əvvəl vəfat etməli idi. Eşitdim ki, evlərini də satıblar. O vaxt Arif danışırdı, xanımı pis idi. Arif Quliyev həmişə kasıblara yardım edirdi. Özü yetim böyüyüb deyə, hamıya köməklik göstərirdi. Gülzar qara ciyər sirrozundan əziyyət çəkirdi. İndi iflic olub, yerindən də qalxa bilmir".