Zamiq Xalq artisti ilə İLKƏ İMZA ATDI - VİDEO



 15:51 01.03.2024     418

Xalq artisti Zülfiyyə Xanbabayeva ilə müğənni Zamiq Hüseynov bir araya gəlib.

Demedia.az xəbər verir ki, cütlüyü bu dəfə birləşdirən səbəb, uzun zamandır gözlənilən duetləridir. Məşhurlar "Sənlə mən" adlı lirik nəğməyə romantik klip də çəkdirib. Eşq dolu bəstənin sözləri Kəmalə Rüstəmzal, musiqisi isə İsmayıl Əsədova aiddir.

Romantik ab-havalı ekran işinin lentə alınması yenə də peşəkar rejissor Emin Muradova və məhz bu layihə üçün Türkiyədən dəvət olunan operator Eren Yıldıza həvalə olunub. Klipdə iki sevən şəxsin həsrət dolu sevgisi təcəssüm olunur. Ekran işi qısa zamanda dinləyicilərin diqqətini çəkib və yüksək qiymətləndirilib. Hər iki ulduz bu layihələrinin də seviləcəyinə əminliyini ifadə edərək, məhz ruhlarının lirikaya yaxın olduğu üçün belə bir uğurlu iş ərsəyə gətirdiklərini söyləyib.