Bağlanmış "Lider TV”nin keçmiş rəhbəri ilə həyat yoldaşının TAİLAND TƏTİLİ - FOTO/VİDEO



 13:45 14.03.2024     255

Bağlanmış “Lider” televiziyasının rəhbəri Ədalət Əliyevin həyat yoldaşı Nailə Əliyeva ilə birgə Novruz bayramı öncəsi Tailanda tətilə yollanıblar.

Demedia.az xəbər verir ki, Phuket adasında istirahət edən cütlük qızmar havada istirahət zamanı çəkilən foto və videolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

N.Əliyeva ölkənin simvollarından sayılan əhliləşdirilmiş nəhəng fillərlə şəkillər çəkdirib. Bundan əlavə, məşhur cütlük yaxta gəzintisi zamanı romantik anlarını lentə alıblar.

Sözügedən foto və videolarını isə onlar sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüblər.
Nailə həmin paylaşımına “Əsl kişi qadınının zəif olmasına icazə verir. Azad... Yalnız o zaman özünü etibarlı əllərdə hiss edər” şərhini yazıb.

Qeyd edək ki, Ədalət ilə Nailə Əliyevlərin iki oğlan və bir qız övladı var.