"Yenidən ana olmaq istəyirəm"



 16:00 08.04.2024     200

Müğənni Ayan Babakişiyeva aparıcı Mətanət Əliverdiyevanın ona ünvanladığı şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

Demedia.az  xəbər verir ki, Xəzər axşamı" proqramında qonaq olan sənətçi "Bahalı həyat, yoxsa əsl sevgi" sualına "Artıq əsl sevgi" cavabını verib.

Ayan yenidən ana olmaq istədiyini də gizlətməyib:

"İkinci dəfə ana olmaq istəyirəm. Allah qismət eləsin, həyatım daha sağlam davam etsin ki, bu da həyata keçsin. Mənim üçün fərqi yoxdur, qız, yoxsa oğlan. Əsas Allah verəndir".