Balaəli ailəsindən danışdı - “Sevib evlənmişəm”
Meyxanaçı Balaəli şəxsi həyatından danışıb.
Lent.az-ın xəbərinə görə, o qatıldığı şou proqramların birində çox xoşbəxt olduğunu deyib.
“Xanımımı görüb bəyənmişdim. Təsadüfən anam da mənə onun adını çəkdi, dedi istəyirəm o qızla evlənəsən. Ailəmlə xoşbəxtəm. 6 yaşında Dəniz adlı bir qızım var”,- deyə o bildirib.
O söyləyib ki, tək dərdi anasını itirməyidir:
"Çox istərdim o mənim bu günlərimi, əlimin çörəyə çatdığını görəydi".