Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək".
Demedia.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin açıqlamasında deyib.
İfaçı həbsxanadakı evliliyindən söz salıb:
"Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsmi nikahla ailə həyatı qurmuşam. Harada? Bu, artıq ikinci sualdır. Heç kimin bacarmadığı addımları atmışam. Peşman da deyiləm. Evliliyim aşağı-yuxarı 1 il 3 ay sürdü. İndiki düşüncədə olsaydım, yenə də eynisini edərdim".