Vəfa Şərifova əsəbiləşdi: "Heç kim ərimin..."



 11:00 08.06.2024     203

Müğənni Vəfa Şərifova özündən çıxıb.

Demedia.az  xəbər verir ki, buna səbəb, bəzi instaqram səhifələrdə "Milyonçu iş adamı Vəfa Şərifovanın istəyi ilə Rafet El Romanı Bakıya gətirir" başlığı ilə çıxan yazıdır.

İfaçı həmin yazını "Tik-Tok" hesabında paylaşaraq, bu sözləri qeyd edib: "Bu yazını yazana ayıb olsun. Şərəfdən bixəbər nakişilərə. Əliniz hər şeydən üzüldü, indi də keçdiniz şərə,böhtana. Mənim qarşıma dünyaları sərələr, uşaqlarımın atasının bir dırnağına dəyişmərəm. Heç kimsə onun ayağının tozu deyil. Heç kimsə. Gedin reklamınızı başqa yerdə, başqa cür edin".