Buna görə ad günü keçirtmir



 17:00 08.06.2024     204

Xalq artisti Güyanaq Məmmədova 51 yaşını "Zaurla Günaydın" verilişində qeyd edib.

Axşam.az xəbər verir ki, müğənni heç vaxt ad günü keçirtməməsinin səbəbini açılayıb. O bildirib ki, buna görə utanır:

"Utanıram... Heç kimə zəng edib deyə bilmirəm ki, ad günü edirəm gəl. Bilirəm ki, kimisə çağırsam hədiyyə alacaq. Onu da götürməyə utanıram. Hətta verilişə belə ailəmlə qatılıram. Sənət dostumu çağırsam, hədiyyə ilə gələcək. Mən də utanacağam".