Məşhur müğənni haqqında şok iddia: “300 nəfərlik "WhatsApp" qrupu yaradaraq..."
Türkiyəli məşhur müğənni Sərdar Ortac haqqında səs-küylü iddia ortaya çıxıb.
Demedia.az xəbər verir ki, maddi sıxıntılar yaşayan Serdar Ortaçın 500 min TL ödəmək üçün WhatsApp qrupu yaratdığı iddia edilib. Məşhur sənətçinin hər bir tanışından 5 min TL istədiyi deyilir. Evinin əlindən alınmaması üçün sənətçinin külli miqdarda pula ehtiyacı olduğu bildirilib.
Yayılan bu şaiyələrdən dərhal sonra məşhur müğənni sosial media hesabından açıqlama verərək deyib:
“Keçən il bir dostumdan borc aldığım WhatsApp danışıqlarını tapıblar və onu yayımlayıblar”. "Bu, artıq keçmişdə qalıb" deyən sənətçi bildirib ki, “ 300 nəfərlik qrup yaradıb, hamıdan pul istəyirlər. Onlara inanmayın, mənim adımdan kimsə sizdən pul istəsə, qətiyyən göndərməyin”.