Şakiradan çimərlik geyimində səmimi etiraf: Uzunmüddətli münasibət…



 13:00 14.06.2024     317

Dünya şöhrətli ulduz Şakira "Rolling Stone" jurnalının üz qabığını qara çimərlik geyimi ilə bəzəyib . 47 yaşlı ifaçı dekolteli və qara- qızılı rənglərə üstünlük verib.

Publika.az xəbər verir ki, məşhur müğənni Jerar Pikedən ayrıldıqdan sonra həyatında baş verənlərdən danışıb.

“Uzunmüddətli münasibətə son qoyduğunuz zaman özünüzün bir hissəsini itirirsiniz. Elə şeylər var ki, başqası naminə dəyişirsən və ya imtina edirsən. Bu münasibətlər pozulduqda, heç bir şeyiniz olmadığını hiss edirsiniz və özünüzü tapmaq üçün sağalmağınız lazımdır", - deyə Şakira səmimi etiraf edib.