Oktay Kaynarcadan millətçi açıqlama - Ara qarışdı
Məşhur aktyor və aparıcı Oktay Kaynarcanın qatıldığı proqramda "Türkiyəliyəm, Türk millətçisiyəm" deməsi diqqət çəkib. Bu açıqlama sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Demedia.az xəbər verir ki, məşhur aktyor “Mən bu cahana sığmazam” serialının finalından sonra ATV ekranlarında “Alan” yarışma proqramını təqdim etməyə başlayıb.
Oktay Kaynarca qatıldığı “Biz-Biz” proqramında verdiyi açıqlama ilə diqqət çəkib.
O, şəhər millətçiliyini sevmədiyini deyib:
“Ölkə millətçiliyini bəyənirəm. Mən Türkiyədənəm. Doğma şəhərimlə fəxr edirəm. Bu, bizim torpağımızdır. Mən türk millətçisiyəm”.