Meyxanaçı Tərlan Novxanı Şəbnəm Tovuzludan gileyləndi



 11:30 25.06.2024     352

“Xoşaqəlməyən hadisələr baş verir. Məni yola vermək lazım deyil. Konkret danış! Şəbnəm, məni yola vermə. Ya hə de, ya da yox. Ya alınır, ya da ki yox. Dünya dağılmayacaq”

Demedia.az  xəbər verir ki, bu sözləri meyxanaçı Tərlan Novxanı qonaq olduğu şou proqramda deyib. 

 “Konkret insanam və özümə qarşı laqeydliyi xoşlamıram. Mən Şəbnəm Tovuzludan özümə qarşı olan münasibəti laqeydlik kimi qəbul edirəm. Mən ona mahnı və sözlərini atıram, o isə qəbul etmir. Bu mövzunu qalmaqala çevirmək kimi niyyətim və istəyim yoxdur. Bundan sonra əgər Şəbnəm mənə desə ki, gəl duet oxuyaq, artıq mənim də tələblərim başqa cür olacaq. Xeyr, pul istəməyəcəyəm. Mahnını verib deyəcəyəm ki, get hazırla vaxtım olanda gəlib oxuyacağam”,- deyə o qeyd edib.